• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Sultan Səncərin Bizans imperatoruna TARİXİ MƏKTUBU - İLK DƏFƏ

  • Bilgi.az
  • 2 Sentyabr 2016 23:54
  • 1 701 Baxış
Sultan Səncərin Bizans imperatoruna TARİXİ MƏKTUBU - İLK DƏFƏ

Sultan Səncər dönəmində Bizans imperatoru ara-sıra Anadoludakı müsəlmanların üzərinə hücuma keçərək Meyyafarik bölgəsində yaşayan insanları əsir alıb, şəhəri də talan edir. Zülmə məruz qalan yerli əhali Bizans istilasından qurtarmaq üçün Sultan Səncərə bir fəthnamə göndərərək, ondan kömək istəyirlər. Sultan məktubu alan kimi ordusu ilə hərəkətə keçərək Bizans imperatoruna bir məktub yazır. Sultan Səncərin məktubunu alan Bizans imperatoru əsiriləri azad edir və sultana da qiymətli hədiyyələr göndərir. Həmin məktubu təqdim edirik:

"Eşitdim ki, müsəlman məmləkətinə hücum edib onların bir hissəsini qılıncdan keçirib, geridə qalanlarını da əsir almısan. Şeytanın verdiyi qürurla əhalinin mallarını yağmalayıb, aparmısan. Ancaq bunun nəticəsini düşünməmisən.

Sevgili peyğəmbərimiz Allah-u Təalanın əmriylə haqqı aşikar etdi. Bütün aləmin qaranlıqda olduğu bir vaxtda Allah-u Təalanın inayəti ilə qısa bir vaxtda bu dinin əsərləri hər tərəfə yayılaraq Şərqə, Qərəbə kimi gedib çatdı. Dörd böyük xəlifə zamanında İslamın nuru Anadoluda (Rum diyarında) və Ebxazda görünəndə insanların əli onlara yetişdi. Buna qarşı gələnlər peşiman oldular. Neçə dəfə birləşib müqavimət göstərmək istədilərsə, nail ola bilmədilər. Ayəti kərimədə deyildiyi kimi "Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır"(Səf surəsi,8).

İslama düşmənçilik edən erməni, Rum və ıslavların qılınclarımızdakı qanları hələ qurumayıb. Çox şükür, bu gün əsgərimiz və gücümüz irəliki illərə nisbətən çox güclüdür. Hər məmləkətimizi bir oğlumuz və ya naibimiz idarə edir. İraq, Ərəbistan, Şam, Məğrib və Misir vilayəti bizim idarəmiz altındadır. Bu ölkələri Rum diyarına kimi zəbt etdik. Belə bir vaxtda Mavənnəhrə Türküstandakı naibimizin vəfat ediyinin və oraların da Maçinə qədər başsız qaldığı xəbərini aldıq. Bu məqsədlə də oraları tənzimləyərək yeni naib göndərməyi düşünürdük. Ancaq əsirlərin məktubunu alınca dərhal Rum tərəfinə dönərək belə bir qərar verdik:

Heç bir yanda durmayıb Meyyafarikə yetişək ki, İslamın və Allah-u Təalanın haqqı üçün Rum hökmdarı bütün əsirləri xoşluqla azad edib, İslam məmləkətindən aldıqlarının hamısını geri verərək üzr istəməsə, o zaman əmr edərəm ki, bütün Rum qapısına qədər olan məmləkətlərdə məskunlaşan xristianların hamısını qılıncdan keçirib, bütün kilsə və məbədləri yerlə bir etsinlər. Bununla da yetinməyib yenə əmr edərəm ki, Şərqdən Qərbə qədər, dənizdə və quruda olan Sind, Hind, Türk və Əcəmlər böyük ordularını Rum tərəfinə göndərsinlər. Onların da çoxluğunda çöllərdəki heyvanlara, havadakı quşlara yer qalmayacaq və bundan sonra da Büklümüzü (paytaxt) Konstantiniyyəni edək və rum əsgərlərindən bir nəfəri belə sağ buraxmayaq, bütün rumluları idarəetmədən və əsgərlikdən uzaq tutacağıq. Bununla da Allah-u Təalanın yardımıyla İslam millətinin ibadət yeri olan məscid və minbər Rumun qəlbində yer tutsun.

Allah-u Təalanın izzət və cəlali ilə, peyğəmbərlərin sərvəri Məhəmməd əleyhissəlam hörmətinə və şəhid Sultan Məlikşah haqqı üçün söz verirəm ki, əgər əmr etdiyim kimi əsirlərin hamısı vətənlərinə və yurdlarına dönməzsə, aləmlərə ibrət olsun deyə, bu yazdıqlarımın hamısını bir-bir həyata keçirəcəm. Biləsən ki, Meyyafarikindən etibarən Konstantiniyyəyə kimi heç bir yerdə dayanmayacağam".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR