İran daha bir ölkəni hədələdi
Bizi izləyin

Dünya

İran daha bir ölkəni hədələdi

İran Rumıniyanı hədələyib.

Publika.az xəbər verir ki, ABŞ-ın ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə etməsinə icazə veriləcəyi halda, siyasi və hüquqi cavaba hazır olması barədə Rumıniyaya xəbərdarlıq edilib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai həftəlik mətbuat konfransında bildirib: “Əgər Rumıniya ABŞ-a öz hərbi bazalarından istifadə etməyə icazə versə, bu, İrana qarşı hərbi təcavüzdə iştirak kimi qiymətləndiriləcək”.

Rumıniyada NATO və ABŞ qüvvələrinin istifadə etdiyi bir neçə hərbi obyekt mövcuddur. Ölkə alyansın Qara dəniz regionundakı əsas hərbi-logistik mərkəzlərindən biri hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm