“Şeytan üçbucağı”nın sirri açılır?
Bizi izləyin

Bilgi.az

“Şeytan üçbucağı”nın sirri açılır?

Bermud üçbucağı Atlantik Okeanda çox sayda təyyarə və gəminin yox olduğu yerdir. Bu üçbucaq təkcə 35 ildə 700 gəmi, 120 təyyarə və çox sayda insanın ölümünə səbəb olub. 800 kvadrat metr ərazisi olan və heç cür sirri açılmayan bu yer haqqında indiyədək müxtəlif fikirlər söylənilib. Özünə yaxınlaşanları heç bir iz buraxmadan yox edən bu yerə "Şeytan üçbucağı" da deyilir.

Publika.az xəbər verir ki, Sonar metodu ilə 2 min metr dərinlikdə qəribə bir varlığın olduğu kəşf edilib. Müxtəlif cihazlar vasitəsi ilə edilən araşdırmalar alimlərə məşhur Xeops piramidasından 3 dəfə böyük şüşəyə bənzər bir şeydən düzəldilən iki nəhəng piramidanın olduğu fikrini irəli sürməyə imkan verib. Bu qəribə varlıqlarla bağlı sirrin açılması dəhşətli yoxa çıxmaların sirrini də aça bilər. Bu fikir Bahamada keçirilən alimlər konfransında da səsləndirilib.

Alimlər bu texnologiyanın sualtı piramidaları kəşf etməkdə yararlı olacağını açıqlayıb.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm