ABŞ-da erməni qızın film kimi oğurluğu - VİDEO
Bizi izləyin

Bilgi.az

ABŞ-da erməni qızın film kimi oğurluğu - VİDEO

Los-Anceles polisi bütün şəhər boyu poçt qutuları və bağlamaları oğurlayan erməni qızı həbs edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Taqui Abramyan adlı erməni qız "Mercedes" markalı avtomobillə şəhər boyu gəzərək evlərin giriş qapısına qoyulan bağlamaları oğurlayıb.

Polis tərəfindən təqdim olunan görüntülərdə qadının bağlamanı necə oğurlamasını ıks etdirən kadrlar öz əksini tapıb.

Bu videonu zərərçəkənlərdən biri olan Devid Pulido polislərə təqdim edib. Görüntülər əsasən erməni qız sentyabrın 8-də həbs olunub.

Abrayanın evində axtarış aparan polis 300-ə yaxın sakinin əşyalarını tapıb. Onun 300-ə yaxın evdən oğurluq etdiyi məlum olub.

Müstəntiqlər onun sakinlərin şəxsi məlumatlarını oğurlaya biləcəyini iddia ediblər.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm