Selfi insanı xoşbəxt edir
Bizi izləyin

Bilgi.az

Selfi insanı xoşbəxt edir

Alimlər selfi çəkməyin insana müsbət təsir etdiyi qənaətinə gəliblər.

Publika.az Informong-ə istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimləri bu iddia ilə çıxış ediblər.

Mütəxəssislərin sözlərinə görə, şelfi çəkmək insanın özünə inamını artırır və onu xoşbəxt anlar yaşadır. Alimlər bunu müəyyənləşdimək üçün maraqlı üsula əl atıblar. Onlar bir neçə nəfərdən ibarət iki qrup yaradıblar. Birinci qrupun üzvləri hər gün şelfi çəkdirərək onları sosial şəbəkələrdə paylaşıblar. İkinci qrupda olanlara isə şelfi və ümumiyyətlə şəkil çəkdirmək qadağan edilib.

Nəticələr hər kəsi heyran edib. Belə ki, hər gün bir neçə dəfə özlərinin fotolarını çəkən insanların qanlarında endorfinin miqdarı 30 faiz artıb. Bu əlamət ikinci qrupun üzvlərində müşahidə edilməyib.

Psixoloqlar isə bu nəticəyə gəliblər ki, şelfi insanda tənhalıq hissini yox edir və ona stressdən çıxmağa kömək göstərir. Həmçinin insanda özünə əminliyi artırır.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm