Dünyanın ən varlı narkobaronu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən varlı narkobaronu - FOTOLAR

Ötən sərin 80-ci illərində ən çox haqqında bəhs olunan dünyanın ən böyük narkobaronlarından biri olmuş Pablo Escobar bu gün əksər insanlar üçün "sirli insan" təsiri bağışlayır.

Tarixdə gəlib-getmiş ən böyük narkotika ticarətçisi olan Pablo Escobar bu yolla milyardlara sahib olub.

Publika.az Pablo Escobar haqqında yeni məlum olan 16 reallığı təqdim edir.

1980-ci illərin ortalarında Pablo Escobarın rəhbərlik etdiyi qrup 22 milyard dollarlıq gəlir əldə edir.

Pablo Escobarın bu qazancı onu "Forbes" jurnalının hazırladığı "dünyanın ən varlı adamları" siyahısında 7 il ardıcıl olaraq saxlayır.

1980-ci illərin sonlarında Pablo Escobar kokain bazarının 80 faizinə nəzarəti ələ keçirir.

Eyni illərdə Pablo Escobar ABŞ-a hər gün qaçaq yollarla 15 ton kokain göndərir.

1980-ci illərdə ABŞ bazarında inhisarçı şəxsə çevrilən Pablo Escobar ABŞ-ın narkotik ehtiyacının böyük hissəsini ödəyirdi.

Pablo Escobarın biznesi o qədər böyümüşdü ki, hər ay təyinatın gecikməsinə görə o, 2.1 milyard dollar itirirdi. Ancaq bu itki onu narahat etmirdi.

Ötən sərin 80-ci illərində Pablo Escobar qazandığı pulları bir yerdə saxlamaq üçün hər ay 2 min 500 dollarlıq rezin sifariş verirmiş.

Deyilənə görə, bir dəfə Pablo Escobarın qızı üşüdüyü üçün narkobaron 2 milyon dollar vəsaiti sobaya ataraq yandırır.

Pablo Escobar kimsəsizlərə yardım etdiyi üçün el içində "Robin Qud" ləqəbi qazanmışdı.

Pablo Escobar özünün hazırlatdırdığı lüks həbsxanada həbsdə yatır.

Öz pullarını və kokaini bir yerdən başqa yerə daşımaq üçün özünə sürətli təyyarə alır.

O, narkotik ticarətinə başlamamışdan əvvəl avtomobil və məzar daşı oğurluğu ilə məşğul olub.

Pablo Escobar özünü xalqa sevdirmək üçün ölkəsində yardım fondu, parklar və məktəblər açaraq, əhaliyə mütəmadi kömək edirdi.

Pablo Escobarun qazandığı pulunun hər il 10 faizini siçanlar yeyirmiş.

O, mediada həm də qəddar adam kimi tanınırdı. Belə ki, Pablo Escobar 200 hakim, 1000 polis, jurnalist və hökumət rəsminin də daxil olduğu 4 min adamın ölümündə təqsirli bilindirdi.

Bəs Pablo Escobar sahib olduğu bu qədər pul və gücü ilə nə qazandı? Cavabı sonuncu fotoda əks olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm