Neolit dövrünə aid “bənzərsiz qadın” tapıldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Neolit dövrünə aid “bənzərsiz qadın” tapıldı - FOTOLAR

Türkiyənin Konya şəhərinin Çatalhöyük qazıntılarında, e.ə. 8000-5500-cü illərə, başqa sözlə Neolit ​dövrünə aid, bədəninin bütün parçalarının nöqsansız olduğu üçün "bənzərsiz" olaraq xarakterizə edilən insan fiquru (heykəlcik) tapılıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə professor İan Hodderin başçılığında keçirilən 2016-ci ilin qazıntı işlərində tapılan toppuş qadın heykəli mərmər daşdan hazırlanıb. Uzunluğu 17 sm və 1 kiloqram ağırlığında olan heykəl vulkanik şüşə ilə birlikdə tapılıb.

Toppuş heykəlcik başının şəkli, saç tipi (başının təpəsində yumru bir toppuz), əllərinin sinəsinin altında olması və kiçik ayaqları ilə diqqət çəkir.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm