
Dünyanın ən iri mavi almazı satışa çıxarılacaq.
Onun qiyməti nə az, nə çox - düz 21 milyon dollardır. 13 karatlıq yeraltı sərvət ən parlaq və ən şəffaf mavi almaz kimi də tarixə düşüb. Cenevrədə satışa şıxarılacaq almazı almaq üçün artıq 100-dən artıq zəngin insan iddialı olduğunu bildirib.
Məlumat üçün onu da qeyd edək ki, dünyadakı qiymətli daşların yalnız 1 faizini təşkil edən mavi almazlar alıcılar arasında böyük həvəslə qarşılanan və ən tez satılan təbii sərvətdir.