Bilgi.az
İnsan düşüncəsinə təsir edən 10 roman
Elm adamları insan beyninə fərqli biçimlərdə təsir eləyən on romanı müəyyənləşdirib.
Ədəbiyyatın "sağaldıcı" xüsusiyyətini təməl alan bir qrup elm adamı, müxtəlif xüsusiyyətli romanların insan beynini inkişaf elətdirib kəskinləşdirdiyini, sosial bağları gücləndirərək xarakteri dəyişdirdiyini və münasibət yaratmağı asanlaşdırdığını müəyyən edib.
Toronto universiteti elmi heyətindən olan psixiatr Keit Otli və İnqrid Uikelqren tərəfindən "Scientific American" jurnalında yazılan məqaləyə görə roman qəhrəmanları ilə təmasda olmaq həm təxəyyül dünyasını zənginləşdirir, həm də insanla cəmiyyət arasında sosial bağları gücləndirir.
Güclü roman bu təsirləri ilə insan beynini kəskinləşdirir və insan davranışları ilə bağlı bilgilər verir. Beləliklə, iki elm adamının seçdiyi, insan beynini inkişaf etdirən 10 roman bunlardır.
J.Göte – “Gənc Verterin iztirabları”
Götenin 1774-cü ildə məktublar formasında yazdığı sentimental romanıdır. Romanda alman reallığının fonunda özünə sui-qəsd edən qəhrəmanın faciəli həyatı təsvir edilir.
Ceyn Ostin – “Eşq və qürur”
Klassik dövr romanları arasında əhəmiyyətli bir yerə sahib olan "Eşq və qürur", 18-ci əsr İngiltərəsində keçən unudulmaz bir eşq hekayəsindən bəhs edir.
Qustav Flober – “Madam Bovari”
Romantizm axınına qarşı olan və realizmin ilk nümunələrindən sayılan roman. Bu romandan sonra psixologiyada məmnuniyyətsizliyi bildirən bovarizm termini ortaya çıxıb.
Nataniel Hautorn – “Qırmızı ləkə”
Gənc qadının başına gələn haqsızlıq və ədalətsizliklərdən bəhs edən roman. Müəllif romanda cəmiyyətin eşq, günah, ədalət, zülm kimi qavramlarını sorğulayıb.
Lev Tolstoy – “Anna Karenina”
Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir
Corc Eliot – “Middlmark”
Romandakı hadisələr 1830 və 1832-ci illər arası İngiltərə Middlmark qəsəbəsində baş verir. Romanda qadınların rolu, evliliyin xüsusiyyətləri, din və riyakarlıq, siyasi islahat və təhsil kimi mövzulara toxunulub.
Virciniya Vulf – “Xanım Dallovay”
Müəllifin ən çox diqqət toplamış romanlarından biridir. Var olma, feminizm, homoseksuallıq kimi mövzulardan bəhs edən roman yazar tərəfindən üç dəfə gözdən keçirilib və yenidən yazılıb.
Toni Morrison – “Sevgili”
Müəllifə "Pulitzer" mükafatı qazandıran roman. Romandakı hadisələr Amerika vətəndaş müharibəsi dövründə Ohayo ştatında baş verir. Eşq, azadlıq, köləlik və digər mövzuları əhatə edir.
J.M. Coetzee – “Utanc”
Müəllif romanda şiddətli və gərgin bir dövr yaşayan toplumun, Cənubi Afrikanın həyatından bəhs edir. O, iki dəfə evlənib boşanmış qəhrəmanın hekayəsində həm siyasi, həm də psixoloji bir dəyişmə yaşayan insandan danışır.
Muhsin Hamid – “Könülsüz fundamentalist”
Bir pakistanlı gəncin Amerikadakı həyat hekayəsindən bəhs edən roman. Roman Şərq və Qərb, xəyali və həqiqi gərginliklər arasında qalan fərdin faciəsi üzərində qurulub.
musavat.com
-
Magazin215:00
Alla Puqaçova ilə bağlı şok iddia - 20 milyon dollarlıq əntiq əşyaları...
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA