Bilgi.az
Qadınlara ictimai nəqliyyatda şokolad yemək qadağandır - Qəribə qanunlar
ABŞ. Birləşmiş Ştatlarda Milad bayramında evləri bəzəmək adətdir. Men ştatının hakimiyyəti isə əhalinin bu həvəsindən büdcənin xeyrinə istifadə etməyə çalışır. Belə ki, ştatda bu barədə maraqlı qanun mövcuddur. Qanuna görə ev sahibi evin yeni il bər-bəzəklərini yanvarın 14-nə qədər yığışdırmasa, onu cərimə gözləyir. Yaxşı ki, bizdə belə qanun yoxdur. Axı biz yeni il bəzəklərini bəzən uzun müddət yığışdırmırıq.
Amerika Birləşmiş Ştatları malik olduğu nüvə
raketlərinin sayına görə dünyada birinci yerdədir. İnsanları bu
bəladan müdafiə etmək üçün gecə-gündüz baş sındıran parlamentarilər
bir neçə maraqlı qanun qəbul etməklə problemi həll etdilər. Qanunun
maraqlı tərəfi nüvə partlayışı törədən şəxsin sadəcə
cərimələnməsidir. Ən böyük cərimə məbləği Kaliforniya ştatının Çiko
səhərində tətbiq olunur. Qanunvericiliyə görə, şəhər daxilində nüvə
bombasını partladan şəxsi nə az, nə çox düz beş yüz dollar cərimə
gözləyir. Maraqlıdır, nüvə partlayışından sonra cəriməni kim
alacaq, kimdən alacaq?
Böyük Britaniya. Birləşmiş Krallığın Edmont
şəhərində velosiped sürmək hər oğulun işi deyil. Bunun üçün ya
akrobat olmalısan, ya da ən azı üç əlin olmalıdır. Çünki şəhərin
velosipeddən istifadə edənlər üçün özünəməxsus qəribə qanunu var.
Şəhərin yol hərəkəti qaydalarında tələb edilir ki, velosiped idarə
edən şəxs sağa və ya sola dönərkən döndüyü istiqaməti əli ilə
göstərməlidir. Halbuki qanuna görə velosipedçi velosipedi idarə
edərkən əllərini sükandan çəkməməlidir. İndi gəl döndüyün
istiqaməti əllə göstər, görüm necə göstərirsən?!
Birləşmiş Krallıq da qəribə qanunları ilə seçilən ölkələrdən biridir. Məsələn, qadınlara ictimai nəqliyyatda şokolad yemək qadağandır. Dekabrın 25-də isə ətli piroq yemək hamıya qadağandır.
Kuba əsl totalitar ölkə qanunlarına sahibdir.
Bilirsinizmi, bu ölkədə şübhəli görünmək belə qanuna zidd sayılır.
Kuba qanunvericiliyi “şübhəli görsənməyi” (el estado peligroso)
“ictimai əxlaqa zidd olaraq insan davranışında təzahür edən
cinayətkarlığa xüsusi meyil kimi” dəyərləndirir. Görəsən Kubada
şübhəli görünməmək üçün nə etməlisən?
Çin. Bildiyimiz kimi, Çin və Hindistan dünya
dövlətləri arasında əhalisinin sayına görə lider ölkələrdir.
Əhalinin çoxluğu bu ölkələr üçün böyük problemlər yaradır. Dövlət
də əhali artımının qarşısını almaq məqsədilə müxtəlif qanunlar
qəbul edərək bu problemi həll etməyə çalışır. Məsələn, Çində hər
ailədə yalnız bir uşağa icazə verilir. Ölkə qanunları digər
uşaqlara görə ailəni külli miqdarda cərimələyir. Lakin ailənin
birinci övladları əkizlərdirsə, cərimə tətbiq edilmir. Ona görə də
çinli ailəsinin uşaqları əkiz olanda bu əsl toy-bayrama
çevrilir.
Fransa. Avtomobillərin yeni çıxan vaxtlarında
Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduğu üçün
şəhər meriyası bunun qarşısını almaq məqsədilə qanun qəbul edir. Bu
qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək
qadağan olunur. Deyirlər qanun çıxan günün səhərisi Parisdə bir
nəfər də olsun qadın sürücüyə rast gəlməyiblər. Səbəb sürücü
qadınların yaşının 30-dan artıq olduğunu bildirmək istəməməsi
olub.
publika.az
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır