Bilgi.az
Rus jurnalist Ermənistanda "persona non qrata" elan edilə bilər
Tanınmış rusiyalı jurnalist Dmitri Kiselyov Ermənistanda "persona non qrata" elan edilə bilər.
Publika.az Regnum agentliyinə istinadən xəbər verir ki, iyunun 11-də İrəvanda deputatlarla və yerli KİV nümayəndələrilə görüşdə “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin rəhbəri Dmitri Kiselyovun söylədiyi fikirlər ciddi narazılıq yaradıb. Kiselyov deyib ki, rus dilinə, rus mədəniyyətinə marağın itməsi ölkənin təhlükəsizliyinə problem yaradır: “Ermənistanın təhlükəsizliyi naminə rus dili və mədəniyyəti haqda qanuna dəyişikliklər edilməlidir”.
Parlamentin “Erməni Milli Konqresi” partiyasından olan Nikol Paşinyan jurnalistin sözlərini həqarət kimi qiymətləndirib. O, Xarici İşlər Nazirliyinə müraciət edərək Kiselyovun Ermənistanda "persona non qrata" elan olunmasını tələb edib. Parlamentdə “Miras” partiyasını təmsil edən Aleksandr Arzumanyan da jurnalistin dediklərinə sərt reaksiya verərək belə çıxışları Ermənistan dövlətçiliyi üçün təhlükə sayıb.
İlqar Atabəyli
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA