Bilgi.az
Evə gəlməyim üçün o mənə 138 dəfə zəng etdi
Antaliyada baş verən hadisə çoxlarının marağına səbəb olub.
Publika.az Türkiyə mediasına istinadən həmin olayı təqdim edir. Belə ki həyat yoldaşı Türkan Köməkçi ilə mübahisə edən Hakan Köməkçi arvadının davamlı olaraq onu telefonla axtarmağına əsəbiləşib. Nəticədə o polisə zəng vuraraq "Arvadımı vurub balkondan atacağam" deyincə polis hərəkətə keçib.
Bundan sonra polis tərəfindən saxlanılan Hakanın avtomobilində və üstündə edilən axtarışda hər hansı bir cinayət ünsürünə rast gəlinməyib. Polisə yoldaşını öldürmək məqsədini olmadığını söyləyən H.Köməkçi daha sonra bunları deyib. "Yoldaşımla evliliyimiz bitmə nöqtəsinə gəldik. Həyat yoldaşımdan boşanmaq istədiyimə baxmayaraq, o ayrılmır. Mübahisə etdikdən sonra evdən getdim və evə gəlməyim üçün o mənə 138 dəfə zəng etdi. Mən də polisə yoldaşımı vurmağa gedirəm söyləyincə ortalıq qarışdı. Belə olacağını sanmırdım" deyə danışdı.
Hirsli ər aparıldığı Bahçelievler Polis Mərkəzinin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO