Bilgi.az
Neandertal genləri müasir insanda yaşayır
Təxminən 50 min il əvvəl yox olduqlarına inandığımız müasir insanın ən yaxın qohumu Neandertalların izlərinin hələ də genlərimizdə yaşadığı ortaya çıxıb.
Yeni bir araşdırma insanların Neandertal DNT-sinin 5də 1-nə sahib olduğunu göstərib.
Homo sapiens ilə Neandertalların müasir insanın ulu babalarının Afrikadan Avrasiyaya 65 min il əvvəl köç edərkən qarşılaşdığı düşünülür. Bəzi Neandertal genlərinin müasir insana üstün gəlməsi bu gün afrikalı olmayanlarda bu genlərin qalmasını təmin edib.
Araşdırma zamanı Avropa və Şərqi Asiyalı 600-dən çox insanın genetikası analiz edilib. Daha sonra kompüter analizləri ilə Neandertalların izlərini daşıyan bütün gen dəyişikliklərinə baxılıb. Elm adamları üsullarının işə yarayıb yaramadığını yoxlamaq üçün 2010-cu ildə Almaniyada analiz edilən bir Neandertal genetikasından istifadə edib.
Nəticələr afrikalı olmayan əhalinin 1-3%-i arasında Neandertal geni olduğunu göstərib, bu nisbət bütün insanlarda isə 20%-ə qədər qalxıb.
Araşdırmaçılar “Bu məlumatlar xərçəngə qalib gəlməyimizə kömək etməyə bilər, amma keçmişimiz haqqında əhəmiyyətli məlumatlar verir” deyib.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO