Bilgi.az
İtkin düşən qız 37 ildən sonra
Sinq Ai Vunun 6 yaşı olarkən Çinin Hunan əyalətində səhv qatara minməsi onu ailəsindən 37 il müddətinə ayırdı. Yerli stansiyadan evinə dönmək istəyən qız o vaxtdan itkin düşüb. Onun hekayəsi hindistanlı Saru Brirlini xatırladır. Saru da 4 yaşı olarkən səhv qatara minib və 25 ildən sonra ailəsinə qovuşub.
Otuz yeddi ildən sonra evinə qayıtmış 43 yaşlı Sinq deyir: "Mən hara getdiyimi bilmirdim. Səhv mindiyim qatardan düşüb digərinə mindim. O qatar da məni səhv yola apardı. Beləcə, mən getdikcə evimdən daha da uzaqlaşdım".
Çinin tamamilə başqa əyalətinə düşən 6 yaşlı qız dəmiryol işçiləri tərəfindən saxlanılıb. Ev ünvanını bilməyən Sinq nə zamansa ailəsi ilə qovuşacağını zənn edib. Onun valideynləri isə qızı tapmaq üçün müxtəlif qatar, avtobus dayanacaqlarınadək gedib, polisə müraciət ediblər.
Qohumları itkin düşmüş insanların saytından qızı axtarmağa başlayıb. Düz 37 ildən sonra Sinqin valideynlərinə polis bölməsindən "Sizin itkin düşən qızınız tapılıb" xəbəri çatdırılıb.
Nura
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO