Bilgi.az
Atılmış şəhər satışa qoyulub – FOTOLAR
Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Bredian şəhəri satışa çıxarılıb.
Alğı-satqı ofisindən verilən məlumata görə, şəhər 1930-cu illərin əvvəllərində qızıl hasilatı şaxtasının yaxınlığında tikilib. Bu şəhərdə şaxtada işləyən fəhlələr yaşayıb. 1971-ci ildə şaxta bağlanıb və bundan sonra əhali yaşayış məntəqəsini tərk edib.
Bredian 20 hektar ərazini əhatə edir. Orada 22 tikili var: yaşayış evləri, ofis binası, bar və mağaza. Bütün binalar yaxşı vəziyyətdə qorunub saxlanılıb. Alqı-satqı ofisi şəhəri 909 min ABŞ dollarına satır. Bundan əlavə, şirkət şəhərin bir sıra üstünlüklərini də qeyd edib. Buraya şəhərin ekoloji təmizliyi, qış idman növləri ilə məşğul olmaq üçün dağlara və iki böyük şəhər olan Uilster və Vankuverə yaxınlığı aiddir.
Şəhər ailəvi dincəlmək üçün yaxşı yerdir. Artıq 30 adam şəhəri almaq üçün müraciət edib. Lakin bazar ekspertləri hesab edir ki, atılmış şəhər çox bahadır. Çünki 40 il bundan qabaq tərk edilmiş şəhərin yenidən bərpaya ehtiyacı var və bunun üçün də çox pul sərf ediləcək.
Nura
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO