Bilgi.az
500 nəfəri zorlamış manyak telejurnalist
BBC telekanalının məşhur teleaparıcısı, mərhum Cimmi Sevil haqda Britaniya mətbuatında şok məlumatlar dərc olunur.
Məlum olub ki, Sevil seksual manyak imiş. O, 500 artıq adam zorlayıb. Hətta ölülərlə belə cinsi əlaqədə olub.
Qeyd edək ki, Sevil – Britaniyanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirmiş və klinikalar, xəstələr üçün xeyriyyə aksiyaları keçirirmiş.
Xeyriyyə aksiyalarının birində səhiyyə təşkilatları üçün 3,5 miyon funt sterlinq (6 milyon dollar) topladıqdan sonra bütün klinikaların qapıları Sevilin üzünə taybatay açılmışdı.
Manyak aparıcı 28 səhiyyə ocağında zorlama faktı törədib. Zorlananların arasında xəstələr də olub, həkimlər də.
Qurbanlarının yaşı da müxtəlif olub – 5 yaşdan 75 yaşadək.
Lisd xəstəxanasında zorladığı 16 yaşlı qız hamilə qalanda Sevil ona abort məsləhət görmüşdü. Qıza anlatmışdı ki, buna imkan verməsələr, intihara cəhdi imitasiya edərək valideynlərini və həkimləri qorxutsun. Bu, effekt verir. Həkim 16 yaşlı qızı abort edir. Ancaq həkim qızın atasına məsləhət də verir: "Get, Sevilin evinə, qanla divarda yaz ki, Cimmi, sən alçaqsan, murdarsan".
Zorlananlardan bəziləri klinika administrasiyasına və valideynlərinə başlarına gələni danışırlar. Lakin tədbir görülmür. Xeyriyyəçi manyakın nüfuzu o qədər çox idi ki, heç kim ona qarşı getmək istəmirdi.
Sevil öz cinayətlərini 1962-2009-cu illər aralığında edib.
Hazırda cinayətlərlə bağlı 200 adam dindirilib. Əgər Cimmi Sevil 2011-ci ildə öz əcəli ilə ölməsə, indi Britaniya tarixinin ən hay-küylü məhkəmə prosesi keçiriləcəkdi.
Axı Sevilin qurbanlarının sayı nə az nə çox, düz 500 nəfərdir.
İlqar Atabəyli
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü