Bilgi.az
Qadın sevgilisini yorğunluqdan aldatdı... – FOTO
Alyaska ştatının sakini 9 ay müddətində özünü sevgilisinə eşitmə qüsurlu insan kimi təqdim edib. Amerikalı qadının bu davranışının səbəbini aydınlaşdırmaq üçün onu televiziya proqramlarından birinə dəvət ediblər.
"My Crazy Love" ("Mənim dəlisov sevgim") proqramında çıxış edən Tina adlı qadın, dediyinə görə, sevdiyi oğlanla barların birində tanış olub. Oğlan ona yaxınlaşıb, lakin qız çox yorğun olduğundan danışmağa halı yox imiş. Buna görə də o, özünü eşitmə qüsurlu insan kimi göstərib. Ancaq bu, oğlan çəkindirməyib və o, qızla tanış olmaqda israr edib. Beləliklə də, onların arasında münasibət yaranıb. Onlar hətta birlikdə yaşamağa da başlayıblar. Tina isə bu müddət ərzində özünü eşitmə qüsurlu insan kimi aparıb.
Doqquz ay müddətində gənc oğlan qızla onun qulağına bərkdən qışqırmaqla danışıb. Qız deyib: "Qapı çırpılması, it hürüşməsi, avtomobil siqnalına reaksiya verməmək çətin idi".
Buna görə də Tina sonda sevgilisinə həqiqəti danışmalı olub. Bundan sonra onların münasibətlərinin davam edib-etmədiyi və oğlanın buna necə reaksiya verdiyi barədə məqamlar açıqlanmır.
Nura
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"