Bilgi.az
Ən gözəl olmaq üçün dilinə tor tikdirdi - FOTO, VİDEO
Xəyallarını gerçəkləşdirərək Venesuela gözəli adına layiq görülməsi üçün 7,000 $ xərc çəkərək burun əməliyyatı və sinə implantı keçirdib.
Lakin Maya Nava üçün bu kifayət deyildi. 18 yaşlı gənc qız bərk yeməkləri yeməməsi və arıq qalması üçün dilinə plastik tor tikib.
Onun Böyük Britaniya saytalarından birində verdiyi müsahibəsində qeyd edilir ki, bu yolla onun kökəlməsinin qarşısı alınır.
Maya Venesuela gözəli olmaq istəyən minlərlə gənc qızlardan biridir və bunun baş tutması üçün ailəsi faktiki olaraq heç bir şey etməyəcək.
Maya etiraf edib: “Mənim arzum tanınmaqdır. Mən hamıya xarabalıqdan olan insanların da müvəffəqiyyət qazana biləcəyini göstərmək istəyirəm. Bu mənə və ailəmə zəmanət verəcək və barrikadaları tərk etməyimizə imkan yaradacaq”.
Mayanın inadla uğur qazanmağa can atması heç də təəccüblü deyil. O, Karakasın hər 40 dəqiqədən bir qətl hadisəsi törədilən Santa Kruz barrikadasında yaşayır.
Venesuelada gözəllik yarışması böyük biznes hesab olunur. Venesuela gözəllik yarışmasının qalibi şoubiznes karyerasına qədəm qoya və kasıbçılıqdan çıxa bilər.
Ölkə tərəfindən izlənilən Osmel Souzanın “Gözəllik Kraliçası”yarışının iştirakçıları finala qədər altı ay müddətində sərt şəkildə məşqlər keçir və burada plastik əməliyyatlar adi hal daşıyır.
Lara adlı iştirakçının anası qızının cərrahi əməliyyat etdirməsinə qarşıdır çünki hesab edir ki, yarış ədalətli olmayacaq.
O, qeyd edir: “Bütün bu cərrahi əməliyyatlar... Bu müsabiqə göstərmək istəyir ki, kim yaxşı cərrahdı və kim gözəl qızdır?”.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi