Bilgi.az
Pələng məktəbli oğlanı parçaladı – ŞOK VİDEO
Hindistanın paytaxtı Dehli şəhərindəki zooparklardan birində faciə baş verib.
Publika.az "The India Today" nəşrinə istinadən xəbər verir ki, heyvanxanaya gələn yeniyetmələrdən biri ehtiyatsızlıq nəticəsində Benqal pələnginin qəfəsinə düşüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, məktəbli təhlükəsizlik zonasını keçərək pələngin olduğu xəndəyə baxmaq istəyib. Sonra müvazinətini itirərək ora yıxılıb.
Bu zaman Vicay ləqəbli pələng ona yaxınlaşıb. Qorxudan qışqırmağa başlayan məktəbli ona taxta və daş parçaları atıb. Zooparkda olan adamlar da pələngə doğru əşyalar ataraq onu uşaqdan uzaq saxlamağa çalışıblar. Lakin buna nail olmayıblar. Pələng yeniyetmənin boynundan dişləyərək onu parçalamağa başlayıb.
10 dəqiqədən sonra hadisə yerinə gələn zoopark işçiləri pələngi təzə kəsilmiş ətlə şirnikdirərək onu ayrıca qəfəsə salıb, ağzını bağlayıblar. Yalnız bundan sonra yaralanmış yeniyetməyə yaxınlaşmaq mümkün olub.
Lakin həmin vaxtadək məktəbli artıq keçinibmiş.
Hindistanda vəhşi heyvanların qorunması ilə məşhurlaşmış bioloq Belinda Rayt isə deyib ki, baş vermiş hadisədə pələngin günahı yoxdur:
"Pələng vəhşi heyvandır. Onu nədəsə günahlandırmaq olmaz."
Publika.az hadisənin video görüntüsünü təqdim edir.
İlqar
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO