Pişik mağazaya 1000 dollar ziyan vurdu - FOTO
Bizi izləyin

Bilgi.az

Pişik mağazaya 1000 dollar ziyan vurdu - FOTO

Vladivostokda pişik dəniz məhsulları dükanında soxularaq özünə çeşidli nahar süfrəsi qurub.

Publika.az-ın məlumatına görə, pişik delikates ərzaq növü sayılan dəniz məhsullarının qablaşdırıldığı paketləri diş-dırnağı ilə didişdirərək könlünə düşən ərzaq növündən dadıb. "Kefcil" pişiyin dişinə çəkdiyi qablaşdırılmış ərzaqın ümumi dəyəri və dükana dəyən zərərin həcmi 1000 dollara çatıb.

Pişiyin piştaxtadakı sərgüzəştlərini mağazanın vitrin şüşəsindən piyadalar da müşahidə edə bilib. Hadisədən sonra həmin dükanın meneceri pişiyin "kef çəkdiyi" yerlərin dezinfeskiya olunaraq təmizləndiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm