
Vyanada fəaliyyətə başlayan bu qeyri-adi “təhsil” müəssisəsində cismani sevgi dərsləri almaq istəyənlər bir semestr üçün 2,2 min dollar ödəməlı olacaqlar. Yaşı 16-dan yuxarı olan hər kəs məktəbə qəbul oluna bilər. Tələbələr məktəbin nəzdindəki ümumi yataqxanada yaşayacaqlar. Təhsil müddətinin sonunda məzunlara xüsusi diplomlar veriləcək.
Məktəbin təsisçisi İ.M.Tompson, “Bizim təhsil sisteminin əsasında
nəzəriyyə yox, praktika dayanır. Tələbələrimizdən yaxşı sevgililər
hazırlamaq istəyirik” deyir.
Biznesmen xanım və həmkarları layihələrinin böyük uğur qazanacağına
əmindilər.
Qeyd edək ki, Avstriya ictimaiyyəti seks məktəbinin yaradılmasını
birmənalı qarşılamayıb. Yerli televiziya kanallarında məktəbin
reklam çarxının nümayişi qadağan olunub. Qadağanın
təşəbbüskarlarından biri bəyan eləyib ki: “Nə qədər gözəl təqdim
eləməyə çalışsalar da, əslində onlar seks satmaqla
məşğuldurlar”.
Publika.Az