Bilgi.az
Ruha çevrilmiş oğlanın həyat hekayəsi – FOTOLAR
Martin Pistorius Cənubi Afrika Respublikasında doğulub.
Pistorius 1988-ci ildə başına gələn bədbəxt hadisəyə qədər adi uşaq idi. Onun həyatının dəyişib cəhənnəmə çevrildiyi dövr boğaz ağrısından başladı.
Pistorius bir gün məktəbdən evə gələndə valideynlərinə boğazının ağrıdığını deyib. Onun xəstəliyi adi soyuqdəymə kimi qəbul olunub. Lakin Pistoriusun vəziyyəti getdikcə daha da pisləşirdi. Həkimlər də onun xəstəliyinin qarşısında aciz qalmışdı. O, sürətlə yaddaşını itirir, çətinliklə hərəkət edir, az danışmağa başlayır və ətrafda baş verənlərə reaksiya bildirmirdi. Bir sözlə, Martin komaya düşürdü.
İndiyədək onun komaya düşmə səbəbi tapılmayıb. Bəziləri hesab edir ki, Martin kriptokokk meningitə yoluxub. Lakin bu da dəqiq məlumat deyil.
Bir ildən sonra həkimlər Martinin müalicəsinin olmadığını dedi. Valideynlərinin isə Martini xəstəxanadan çıxarıb, ona evdə qayğı göstərməkdən başqa əlacı qalmadı.
Martinin 16 yaşı olarkən yaddaşı yavaş-yavaş özünə qayıtmağa başladı. Yaddaşı qayıtsa da, Martinin nitqi bərpa olunmamışdı. Martin həmin günlərini xatırlayaraq deyir: "Bilirsiniz, bu, kino kimi idi: film qəhrəmanı ölür və özü də dərk etmədən ruha çevrilir. Elə bil, insanlar məni görmürdü. İçimdə müxtəlif hadisələr baş verirdi, mən qışqırırdım, lakin onlar nə məni eşidir, nə də reaksiya verirdilər. Onda anladım ki, ömrümün sonuna kimi tənha qalacağam".
Hadisənin ən pis tərəfi isə Martinin anasının dediyi söz olub: "Mən ümid edirəm ki, sən öləcəksən". Anası Martinin eşitmədiyini düşünməkdə səhv edirdi...
Martinin həyatında dönüş onun 25 yaşı olarkən başlayıb. Oğlanın günlərlə yatdığı reabilitasiya mərkəzinin terapevti pasiyentin özünə gəldiyini görüb: mimika, baş hərəkəti, göz kontaktının bərpa olunması. Sonra Martin reabilitasiya mərkəzində bir sıra prosedurlardan keçdi. Həkimlər onun ətrafa reaksiya verdiyinə və özünə gəldiyinə əmin idilər. Anası işdən çıxaraq bütün vaxtını oğluna sərf etməyə başladı. Onun köməkliyi ilə Martin kompüter bilgisinə yiyələndi və sonra proqramlaşdırmanı öyrənmək üçün kollecə daxil oldu. Hələ o, iş də tapdı. Tədricən Martin yuxarı ətraflarının fəaliyyətini bərpa edə bildi. O, bacısının köməkliyi ilə Coanna ilə tanış oldu. Onlar 2009-cu ildə ailə qurdular.
İki ildən sonra isə Martinin "Ruh-oğlan" adlı avtobioqrafik kitabı nəşr olundu. Hazırda Pistorius veb-dizayner kimi çalışır.
Nura
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri