Bilgi.az
17 mart üçün qorxulu proqnoz
Astroloqlar xəbərdarlıq edir - 17 martda ehtiyatlı
olun.
Mart ayında Mars və Uranın yaxınlaşması astroloqları qorxudub.
Ən kritik tarix isə mart ayının 17-dir. Türk astroloq Su Karakuşun
sözlərinə görə, bu tarixdə kütləvi ölüm hadisəsi və ya fəlakət baş
verə bilər. Onun sözlərinə görə, qorxuducu tablo mart ayının 20-də
gerçəkləşəcək Günəş tutulmasından sonra ötüşəcək.
Başqa astroloqlar isə bu tutulmanın zəlzələ xəbərçisi olduğunu
deyirlər. "Türkiyənin ulduz xəritəsinə baxdıqda mart, aprel və may
aylarında terror hadisələri, dəniz qəzalarının yaşanacağını
proqnozlaşdırmaq olar. Hava, torpaq və suda təhlükələr var. Gəzi
parkı hadisələri olan zaman da Ay tutulması var idi".
Səma elmləri ilə məşğul olan Fizil Özkulun sözlərinə görə, Uran 84 ildən bir qoç bürcü ilə üst-üstə düşür. Mars və Uran ilk dəfə qovuşma vəziyyətinə gələcəklər. Bu il martda tam günəş tutulması olacaq. 1999-cu ildə tam günəş tutulmasından sonra Mərmərə zəlzələsi baş verdi. Yenə bu ərəfədə təyyarə qəzaları, partlayış, dövlət xadimlərinə sui-qəsdlər ola bilər. "Edə biləcəyimiz bir şey yoxdur. Ancaq qəlbiniz təmiz olsun və çalışın qələbəlik yerlərdən uzaq olun". (anspress)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR