Bilgi.az
Öz kəşflərinin qurbanı olan 10 dahi - FOTOLAR
Öz ixtiralarının qurbanı olan dahiləri
tanıyırsız?
Öz kəşfini sınaqdan keçirərkən dünyalarını dəyişən 10 ixtiraçı
ilə sizi tanış edirik:
1. Mariya Küri – kimyaçı
Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının
qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium
elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri
müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə
edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində
keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü
ildə 66 yaşında anemiyadan dünyasını dəyişib.
2. Vilm Nelson - ixtiraçı
24 yaşlı ixtiraçı "Ceneral Elektrik" kompaniyasında işləyib. O
motorlu velosiped ixtira edib. Nelson 1903-cü ildə öz yaratdığı işi
sınaqdan keçirərkən ölmüşdü.
3. Horas Louson Hanli – hərbçi
Konfederasiya ordusunda hüquqşünas və dəniz mühəndisi kimi
fəaliyyət göstərən Hanli ABŞ Vətəndaş Müharibəsində sualtı qayıq
ixtirası ilə məşhurlaşıb. Sualtı qayıqla ilk səfərində 9 nəfərlik
heyətin 5 nəfəri dünyasını dəyişib. Daha bir sınaqda özü də içində
olmaqla bütün heyət ölür.
4. Aleksandr Boqdanov – həkim
Boqdanovun adı bəlkə çoxuna yaddır, ancaq kəşf etdiyi müalicə üsulu
haqqında hamı məlumatlıdır: qan köçürməsi. İqtisadçı, professor,
həkim Boqdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürüb.
11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düçar olub.
Həkimlər onun infeksiyalı, yaxud uyğun olmayan qan istifadə etdiyi
üçün öldüyünü deyirlər.
5. Frans Rayxelt – plaş-paraşütü yaradan
Dərzi Frans Rayxelt öz uçmaq marağı ilə mübarizə aparıb. İlk cəhd
uğurlu alınmır və o beşinci mərtəbədən yıxılır. İxtiraçı
eksperimentin niyə alınmadığını heç cürə anlamırdı. Və bu zaman o,
qərar verir ki, mənzili torpağa çox yaxın yerləşir. Polis və
hüquq-mühafizə orqanları Eyfel qülləsindən tullanmağa cəhd edərkən
onu dəfələrlə həbs etmişdilər. Amma bütün bunlara rəğmən, dostların
və təsadüfi tamaşaçıların dilə tutmalarına baxmayaraq, tullanma baş
tutur və paraşüt açılmır...
6. Uilyam Ballok – naşir
1863-cü ildə fırlanan çap maşınını kəşf edən Uilyam Ballok bir gün
təsadüfən xarab olan maşına əsəbiləşərək onu təpikləyib. Belə bir
versiya da var ki, bilməyərəkdən ayağı maşının harasınasa ilişib.
Ayağı infeksiyaya yoluxub və o, bir müddət sonra qanqrenadən
dünyasını dəyişib.
7. Kiçik Harri Daqlian və Lui Slotin
Hər iki fizik Los-Alamosda atom bombası icad etmək üzərində
işləyirdilər. Onlar radiasiyanın təsirindən 1945 və 1946-cı illərdə
öldülər.
8. Karel Susek
Niaqara şəlaləsini özünün düzəltdiyi çəlləkdə fəth edən daha bir
cəsur. 1985-ci ildə həmin çəllək Karel içində olarkən Hyustonda
tryuk göstərən zaman dağılmışdı.
9. Maks Valye
Raket istehsalının pioneridir. O, maye yanacaqlı raket mühərriki
ixtira edib. Bu mühərrik raket avtomobilində sınaqdan keçirilərkən
partlayıb və Maks Valyeni öldürmüşdü.
10. Tomas Endrüs - memar
İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan "Titanik"
gəmisinin mühəndislərindən biri olub. O, Titanik batan həmin gecə -
1912-ci ildə içində idi. Endrüs da həmin gəminin sərnişinləri kimi
Atlantik okeanının dibinə yuvarlanıb.
a
(anspress.com)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR