1200 illik vikinq üzüyündə "Allah" yazısı - FOTO
Bizi izləyin

Bilgi.az

1200 illik vikinq üzüyündə "Allah" yazısı - FOTO

İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.

Publika.az-ın məlumatına əsasən, 1800-cü illərin sonlarında "Birka" adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə "Allah üçün" və ya "Allaha" yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir.

Skandinaviya və Yaxın Şərq regionu arasında ən erkən ticarət əlaqələri 3400 il əvvələ gedib çıxır. Əsasən Misir və Mesopotamiyadan gətirilən ekzotik məhsullarla ticarət edildiyi güman edilir.

İslam dünyası və İskadinav dünyası arasındakı ticarət şəbəkəsinə dair arxeoloji tapıntılar, bu əlaqə təxminən 1000 il əvvələ təsadüf edir. Bölgədəki tapıntılar bu fikri təsdiqləsə də, yüksək bir ticarətin göstəricisi ola biləcək qədər çox deyil. Eyni zamanda bunlar nadir rast gəlinən tapıntılar hesab olunur.

Tədqiqatçılar üzük haqqında bir neçə detalı da aydınlaşdıra biliblər. Üzüyün gümüş gövdəsində heç bir aşınma izinə rast gəlinməməsi, birləşdirmələrin son dərəcə incə və ustalıqla aparılmasını təhlil edən araşdırmaçılar hesab edirlər ki, bu üzük Ərəb bir zərgər tərəfindən hazırlanmış və tək bir parça ticarət məhsulu olaraq Skandinaviyaya yollanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm