Bilgi.az
Gələcəyin mətbəxi belə olacaq - VİDEO
IKEA şirkəti gələcəyin mətbəxini təsvir edib. Şirkətin dizaynerlərinin fikrincə, 10 ildən sonra mətbəxdə müxtəlif texniki avadanlıqlar olmayacaq. Mətbəxlərdə vahid ideoloji kompleks təşkil ediləcək.
Gələcəyin mətbəxində əsas rolu özündə bir neçə funksiyanı
birləşdirən universal masa oynayacaq. Quraşdırılmış kamera masadakı
ərzaqları tanıyacaq. Masanın üzərində isə hər ərzağın proyeksiyası,
bu inqredientlərdən hazırlanması mümkün olan yeməklərin
reseptlərini göstərən ekran olacaq.
Masaya quraşdırılmış qızdırıcı cihazın köməyilə yeməkləri elə
həmin masada hazırlamaq mümkün olacaq. Bu cihazlar həmçinin
fincandakı çay və ya kofenin temperaturunu saxlamağa imkan verəcək,
eləcə də onların köməkliyi ilə smartfon və ya planşetləri
akkumulyatorunu doldura biləcəklər.
Ağıllı masanın bütün potensial imkanlarını nümayiş etdirən
videoçarx YouTube-a yerləşdirilib:
Təqdim edilmiş gələcəyin mətbəx konsepsiyası ərzaqların ənənəvi
saxlanma üsullarından imtinasını da nəzərdə tutur. Konsepsiyanın
müəllifləri ehtimal edirlər ki, 10 ildən sonra ərzaqları evlərə
pilotsuz cihazlar çatdıracaqlar və bu da ehtiyat ərzaqdan imtinaya
imkan verəcək. (ans)
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO