Bilgi.az
Ən eybəcər kişi 8-ci dəfə ata oldu - FOTOLAR\VİDEO
Rəsmən dünyanın ən eybəcər kişisi adını almış Qodfri Baqumi 8-ci dəfə ata olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı Qodfri Baqumi və onun 30 yaşlı arvadı Keyt Namandanın ailəsində qız övladı dünyaya gəlib. Keyt Qodfrinin ikinci arvadıdır və dünyaya gələn qız onların 6-cı övladıdır.
Elmə naməlum xəstəlikdən əziyyət çəkən Baquma pinəçi işləyib və 2002-ci ildə Uqandanın ən kifir kişisi adını qazanmaq üçün müsabiqəyə qatılıb. O, müsabiqəyə qalib gəlmək və ailəsini dolandırmaq üçün pul qazanmaq ümidi ilə qoşulub.
Uqandanın ən kifir kişisi adını aldıqdan sonra fəaliyyətini dəyişərək müğənnilik etməyə başlayıb. O, səhnə adını "Ssebabi" təxəllüsünə də dəyişib.
Baquma birinci arvadının ona xəyanət etməsindən xəbər tutduqdan sonra onu tərk edib. Namandayla tanış olduqdan sonra qızın qəlbini fəth etmək üçün əlindən gələni edib. 2009-ci ildə cütlüyün ilk övladı dünyaya gəlib. Lakin cütlüyün toyu 2013-cü ildə baş tutdu.
Baquma deyib: "Biz 4 il hamıdan gizlin görüşürdük. Uşağımız dünyaya gələnə qədər kiminsə ikimizin bir yerdə görməsini istəmirdik. Mən Keytə dedim ki, əgər məni yük hesab edirsə gedə bilər. Keyt 6 aylıq olanda məni atdı. Amma tezliklə qayıtdı. Güman edirəm ki, Keyt öz taleyi ilə barışdı".
Namanda kişi seçimində düzgün yola əl atdığını hesab edir. Keyt deyib: "Özünə uyğun olan insanı tapanda kimin sənə nə deməsinə əhəmiyyət vermək lazım deyil. Qəlbinin səsi ilə irəliləmək lazımdı. Pullar və görkəm problem yaratmamalıdır və ikinci dərəcəli olmalıdır".
Baquma gülməli konsert şouları təşkil etməklə ailəsini dolandırır.
Nura
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ