Bakıda gecə qadının evinə girən şəxslər tutuldu
Bizi izləyin

Kriminal

Bakıda gecə qadının evinə girən şəxslər tutuldu

Bakıda quldurluq etmiş şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm