Bakının mərkəzindəki parkda 20 yaşlı oğlanın başına oyun açdılar
Bizi izləyin

Kriminal

Bakının mərkəzindəki parkda 20 yaşlı oğlanın başına oyun açdılar

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Nəsimi rayonu 28 may küçəsində yerləşən “Muğan” bağında 2 nəfər şəxs Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Mirhadi Həşimzadəyə yaxınlaşaraq telefonla danışmaq istədiklərini bildiriblər. Gənc oğlan özünən məxsus olan HTS markalı telefonu həmin şəxslərdən birinə verib. Bir qədər sonra telefonunu geri istədikdə naməlum şəxslər 20 yaşlı Mirhadiyə zərbələr endirərək qaçıblar.

Nəsimi polisinin keçirdiyi tədbirlər nəticəsində soyğunçuluq etmiş şəxslərdən biri – 1995-ci il təvəllüdlü Nicat Hüseynzadə tutulub.

Onun daha əvvəl də cinayət törətdiyi, həbsxana həyatı yaşadığı məlum olub.

Araşdırmalar avam etdirilir.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm