3 yaşlı qız anasının qucağında öldü
Bizi izləyin

Kriminal

3 yaşlı qız anasının qucağında öldü

Türkiyənin Adana şəhərində faciəvi hadisə baş verib.

Publika.az xəbər verir ki, anası tərəfindən xəstəxanaya aparılan 3 yaşlı qız yolda keçinib.

İddiaya görə, Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan Əminə Albarının qızı Fatma bir müddət öncə özünü narahat hiss edib. O, xəstəxanada qaldıqdan sonra ambulator müalicəyə buraxılıb. Hadisə baş verən gün isə anası qızını müayinə üçün həkimə aparıb. Lakin o, yolda uşağın hərəkətsiz olduğunu görüb. Dərhal təcili tibbi yardıma xəbər verilib. Lakin uşağı xilas etmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm