Bakıda 18 yaşlı oğlan cinayət başında ələ keçdi
Bizi izləyin

Kriminal

Bakıda 18 yaşlı oğlan cinayət başında ələ keçdi

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, ötən gecə saat 01 radələrində, Nizami rayonu, Əlif Hacıyev küçəsində, park olunmuş, vətəndaşa məxsus “Hyundai” markalı avtomaşının qabaq sağ qapısını bıçaqla açmağa cəhd göstərən şəxs müəyyənləşdirilib. Əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunda qeydiyyatda olan və Nizami rayon ərazisində kirayəşin yaşayan 2001-ci il təvəllüdlü Hacızadə Coşqun İlham oğlunu həmin ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub. O, maddi subutla birlikdə sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm