Bakının mərkəzindən qaçırılan maşın bağ evinin həyətində tapıldı
Bizi izləyin

Kriminal

Bakının mərkəzindən qaçırılan maşın bağ evinin həyətində tapıldı

Bakıda avtomobil qaçırmış şəxs tutulub.

Publika.az xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm