Bakıda tikinti bazarında insident – 4 qutu açar oğurlayan şəxs yaxalandı
Bizi izləyin

Kriminal

Bakıda tikinti bazarında insident – 4 qutu açar oğurlayan şəxs yaxalandı

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Publika.az xəbər verir ki, Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları, “Evrohome” tikinti bazarında yerləşən, fiziki şəxsə məxsus mağazadan ümumi dəyəri 85 manat olan 4 qutu “Siemens” markalı elektrik avtomat açarını oğurlamağa cəhd göstərmiş əvvəllər Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə məhkum olunmuş paytaxt sakini 1985-ci il təvəllüdlü Kərimov Elşad Ziyadxan oğlunu saxlayıb.

O, sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi RPİ-nin 6-cı PŞ-də araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm