Kriminal
Bakıda əməliyyat - Kirayə yaşadığı evdə ələ keçdi - FOTO
Astarada narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının Pensər kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
İsti izlərlə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində A. Şükürovun həmin narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşadığı evində saxlanılıb. Onun üzərindən və həmin evdən iki bükümdə, ümumilikdə 420 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq K.Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO