Bakıda 15 obyekti talayan şəxslər ələ keçdi – ƏMƏLİYYAT - FOTO
Bizi izləyin

Kriminal

Bakıda 15 obyekti talayan şəxslər ələ keçdi – ƏMƏLİYYAT - FOTO

Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib.

Publika.az xəbər verir ki, zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdiklərini etiraf ediblər.

Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurluq etdikləri məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm