Azərbaycanda dağda meyiti tapılan şəxslə bağlı ŞOK FAKTLAR
Bizi izləyin

Kriminal

Azərbaycanda dağda meyiti tapılan şəxslə bağlı ŞOK FAKTLAR

Cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm