Bakıda qısqanc kişidən DƏHŞƏTLİ CİNAYƏT – "Mənə hörmət etmirdi"
Bizi izləyin

Kriminal

Bakıda qısqanc kişidən DƏHŞƏTLİ CİNAYƏT – "Mənə hörmət etmirdi"

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, ötən gecə Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni Nurəngiz Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Hüseynov Emin ədalət oğlu törədib. Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb. Araşdırmalar davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm