Horadizdə dəhşətli hadisə - Çayxananın həyətində öldürdülər
Bizi izləyin

Kriminal

Horadizdə dəhşətli hadisə - Çayxananın həyətində öldürdülər

Füzuli rayonunda qətl törədilib.

Publika.az xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinənin orada işləyən həmyerlisi N.Həsənov olması müəyyən edilib.

N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm