Kriminal
Azərbaycanda klinikada İNANILMAZ HADİSƏ – Baş həkimi ölümcül hala saldılar
Ötən gün umqayıt şəhərində yerləşən özəl klinikalardan birində bıçaqlanma hadisəsi baş verib.
Publika.az xəbər verir ki, axşam saatlarında Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 163A (Göyərçin abidəsi ilə üzbə-üz) ünvanında yerləşən "Sum Modern Dental Clinic”də həkim işləyən Pərviz İbrahimov klinikanın baş həkimi Şahin Baxşəliyevə bıçaqla hücum edib. P.İbrahimov baş həkimin otağına daxil olaraq bıçaqla ona çoxsaylı zərbələr endirib.
Ş.Baxşəliyev ağır vəziyyətdə başqa xəstəxanaya çatdırılıb və orada əməliyyat edilib. Onun vəziyyəti ağır olaraq qalır.
Hadisəni törədən həkim artıq saxlanılıb. O, baş həkimi işlətdiyi ağır ifadələrə görə bıçaqladığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.
Muxtar
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı