Azərbaycanda xəstəlikdən əziyyət çəkən şəxsdən İNANILMAZ HƏRƏKƏT – Cinayət işi açıldı
Bizi izləyin

Kriminal

Azərbaycanda xəstəlikdən əziyyət çəkən şəxsdən İNANILMAZ HƏRƏKƏT – Cinayət işi açıldı

Masallı rayonunda polisə yalan məlumat verən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

Araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm