Bakıda avtomobil sürücülərini qorxuda saxlayan şəxs yaxalandı
Bizi izləyin

Kriminal

Bakıda avtomobil sürücülərini qorxuda saxlayan şəxs yaxalandı

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 24-nə keçən gecə Binəqədi rayonunun Ş.Məmmədova küçəsində Bakı şəhər sakini T.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilməsi barədə 5-ci Polis Bölməsinə müraciət daxil olub.

5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Məcidov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun avqustun 12-dən 18-dək olan müddətdə daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib. Onun Binəqədidə 1 avtomobilin şüşələrini sındırması da üzə çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm