Gecə saatlarında bıçaqla basqın edib quşları apardılar - AZƏRBAYCANDA
Bizi izləyin

Kriminal

Gecə saatlarında bıçaqla basqın edib quşları apardılar - AZƏRBAYCANDA

Xırdalanda quldurluq etmiş şəxslər tutulub.

Publika.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girmiş 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm