DİN xadimənin öldüyü hadisə ilə bağlı məlumat yaydı - AXTARIŞ APARILIR
Bizi izləyin

Kriminal

DİN xadimənin öldüyü hadisə ilə bağlı məlumat yaydı - AXTARIŞ APARILIR

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş verən ağır yol qəzası barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sabirabad RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Z.Abuşova rayon ərazisindəki yanacaqdoldurma məntəqəsində xadimə işləyib və evə gedərkən bədbəxt hadisə ilə üzləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm