• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

Azərbaycanda ŞOK OLAY: gənc oğlandan 58 yaşlı qadına qarşı İYRƏNC ƏMƏL

  • Kriminal
  • 26 Oktyabr 2019 13:40
  • 3 581 Baxış
Azərbaycanda ŞOK OLAY: gənc oğlandan 58 yaşlı qadına qarşı İYRƏNC ƏMƏL

Masallı rayonunda yaşlı qadına təcavüz etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Elnur Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Elnur Kərimov Masallı rayonu, 2-ci Yeddioymaq kəndinin sakini Məmməd Məmmədova (ad və soyadlar şərti verilib – red.) məxsus evdə 1960-cı il təvəllüdlü Ramilə Səlimovanın tək yaşadığını bilib və onu zorlamaq qərarına gəlib.

Evdə tək olan qadına hücum

Bu məqsədlə Elnur Kərimov 10 noyabr 2018-ci il tarixdə, saat 21 radələrində Ramilə Səlimovanın yaşadığı evin otağının qarşısına gedib. Bu zaman Ramilə Səlimova onu görüb və təkidlə oradan getməsini tələb edib.

Buna baxmayaraq, Elnur Kərimov Ramilə Səlimovadan yaşadığı otağın qapısını açmasını tələb edib. Onun otağın qapısını açmadığını görüb və zorla otağa girib.

Ramil Səlimova Elnur Kərimovu qorxutmaqla otaqdan çıxarması üçün bıçağı əlinə götürüb, ondan otağı tərk etməsini istəyib.

Zorla cinsi əlaqədə olma

Elnur Kərimov qadının əlindən bıçağı alıb və sonra onun müqavimətini qırmaqla zorla cinsi əlaqədə olmaq məqsədilə ağızından tutub.

Daha sonra o, qadının yerdə olan yorğan üzərinə yıxıb və xəsarətlər yetirməklə zorla cinsi əlaqədə olub. Qadının şikayəti əsasında Elnur Kərimov həbs edilib.

İstintaq orqanı tərəfindən Elnur Kərimovun barəsində Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham elan edilib.

“Ramilə ilə cinsi əlaqədə olmaq məqsədilə onun yaşadığı evə getdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur Kərimov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O deyib ki, noyabrın 10-da, təxminən saat 21 radələrində evdən çıxıb və yaşadığı kənddə olan poçt şöbəsinin yanında yerləşən Şükür adlı şəxsin mağazasına gedib: “Oradan “Classic compact” siqareti aldım, Ramilə ilə cinsi əlaqədə olmaq məqsədilə onun yaşadığı evə getdim. Ramilənin evinin həyətinə girdikdən sonra onun qaldığı otağın qarşısında tavandan asılı olan işıq lampasının sönmüş vəziyyətdə olduğunu gördüm. Divarda olan elektrik açarı ilə işığı yandırdım. İşığı yandırdıqdan sonra anidən otağın qapısının açılaraq orada bir qaraltının keçdiyini gördüm. Həmin qaraltını kiməsə bənzədə bilmədim”.

“Mənə “sənə elə gəlib, evdə kimsə olmayıb”, - deyə cavabını verdi”

Elnur Kərimovun sözlərinə görə, həmin vaxt otağın pəncərəsindən otağın içərisinə baxdıqda Ramilənin əyninə paltar geyinməkdə olmasını görüb: “Qaraltı keçməmişdən öncə isə otaqdan danışıq səslərinin gəlməsini eşitdim. Həmin vaxt Ramilənin olduğu otağın işıqları sönülü olub, otaqda yalnız televizor işlək vəziyyətdə olmasına görə onun işığı otağa yayılmışdı. İşığı yandırdıqdan sonra otağın açıq vəziyyətdə olan qapısını otağın içərisinə doğru açdım və içəri girdim. Ramilənin çarpayının üzərində oturaq vəziyyətdə olduğunu gördüm. Onunla salamlaşaraq ondan evdə kimsənin olub-olmamasını, evdən kimsənin çıxıb-çıxmamasını soruşdum. Ramilə isə mənə “sənə elə gəlib, evdə kimsə olmayıb”, - deyə cavabını verdi”.

“Mənə “mən pozğun deyiləm, pozğun da səninkilərdir”, - deyə bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Ramilə ilə cinsi əlaqədə olmaq məqsədilə onunla bu barədə daha söhbət etməyib: “Bir qədər sonra Ramilə otaqda çarpayının üzərində olan yorğan üzlüyünü çarpayının qarşısında üzərinə xalça sərilmiş torpaq yerin üzərinə sərdi. Sonra Ramilə paltarlarını soyundu. Mən də paltarlarımı tam çıxartdım. Sonra Ramilə yerdə arxası üstə uzandı. Bir dəfə onunla təxminən 10-15 dəqiqə cinsi əlaqədə oldum. Cinsi əlaqə qurtardıqdan sonra əsəbi halda Ramiləyə cinsi əlaqə zamanı mənə soyuq münasibət göstərdiyini, sanki mənimlə cinsi əlaqədə olmaq istəmədiyini dedim. Ondan başqa bir şəxslə cinsi əlaqədə olub-olmamasını, evdən çıxan qaraltının kim olmasını soruşdum. Ramilə mənə “mən pozğun deyiləm, pozğun da səninkilərdir”, - deyə bildirdi.

“Lüt bədənini çəkdim”

Elnur Kərimov deyib ki, bu zaman əsəbi olduğu üçün Ramilənin sifətini geriyə itələyib və sonra ona “səni ev yiyəsinə deyəcəm, səni bu evdən çıxardacaq”, - sözlərini işlədib: “Ramilə isə dedi ki, sən məni niyə evdən çıxartdırmalısan? Əsəbi halda ona bildirdim ki, ürəyim belə istəyir, səni indiki qaldığın evdən çıxartdıracam. Sonra isə paltarımı geyinə-geyinə Ramiləni evdə olan sobanın yanında paltarsız vəziyyətdə lüt bədəninin şəkillərini, sonra isə videoya çəkdim. Həmin şəkilləri və videonu çəkməyim də səbəb Ramilənin həmin gün onunla cinsi əlaqədə olarkən soyuq münasibət göstərməsi olub. Əsəbi olduğuma görə Ramiləni videoya çəkərkən onun sifətinə şillə ilə vurmuşam”.

Təqsirləndirilən qeyd edib ki, həmin gün təxminən saat 23 radələrində Ramilənin evindən çıxıb və sonra bir daha onunla görməyib. O, Ramilə Səlimovanın 58 yaşının olmasına görə ona etdiyi hərəkətdən ötrü çox peşman olduğunu söyləyib.

“Məqsədim Elnuru evdən çıxartmaq olub”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ramilə Səlimova bildirib ki, noyabrın 10-da, saat 21 radələrində yaşadığı evdə televizora baxarkən otağın bayır tərəfində olan elektrik lampasının söndüyünü görüb və narahat olaraq otağın içərisində pəncərəyə yaxınlaşıb: “Pəncərədən həyətə baxdıqda Şıxlar kənd sakini Elnurun pəncərənin yaxınlığında dayanmasını gördüm, işığın onun tərəfindən söndürülməsini başa düşdüm. Elnuru tam aydın gördükdən sonra isə ondan evimə gəlməsinin səbəbini, kimin göndərməsini soruşdum. Elnur isə bildirdi ki, özüm gəlmişəm, heç kim mənə, heç nə deməyib. Sonra Elnur qapını açmağımı söylədi. Elnurdan getməsini tələb etdim. Elnurdan getməsini tələb etməyimə baxmayaraq, o, icazəm olmadan qapını açdı, sonra otağa girdi. Çarpayının yan tərəfində olan masanın üzərindən mətbəx bıçağını götürdüm, ona tərəf getdim. Məqsədim isə Elnuru bıçaqla qorxudub və evdən çıxartmaq olub. Elnur üstümə gəldi, əlimdəki bıçağı alaraq kənara atdı”.

“Zorla 5-10 dəqiqə mənimlə cinsi əlaqədə oldu”

Ramilə Səlimova bildirib ki, sonra Elnur əli ilə onu sinəsindən itələyib: “Çarpayının üzərinə kürəyim üstə yıxıldım. Çarpayının üzərinə yıxıldıqdan sonra Elnur dərhal əli ilə çənəmi tutdu. Həmin vaxt qışqırmaq istəsəm də, Elnurun əli ilə ağzımı tutduğundan qışqıra bilmədim. Sonra Elnur məni saxlayacağını, hər gün mənimlə münasibətdə olacağını, mənə ev tikəcəyini söylədi. Mən isə bunların lazım olmadığını, getməsini dedim. Elnur heç nəyə əhəmiyyət vermədən əvvəlcə əynimdə olan koftamı cıraraq, çıxartdı. Məni lüt soyunduraraq, zorla mənimlə cinsi əlaqədə oldu. Ona müqavimət göstərdiyim üçün şillə ilə məni vurdu. Zorla 5-10 dəqiqə mənimlə cinsi əlaqədə oldu”.

“Məcbur onunla razılığı ilə cinsi əlaqədə olmağımı dedim”

Zərərçəkmişin sözlərinə görə, Elnur cinsi əlaqədə olandan sonra paltarlarını geyinib: “Mən də paltar geyinmək üçün ayağa qalxdım. Elnur mənə dedi ki, əgər əyninə paltar geyinsən, onu da cıracam. Sonra ayaqyoluna getmək bəhanəsi ilə evdən çıxmaq istədim. Elnur mənə icazə vermədi. Bədənim görünməsin deyə məcbur olaraq ev xalatını götürdüm, yerdə oturaq vəziyyətdə bədənimi örtdüm. Elnur mənə yaxınlaşaraq saçımdan tutdu, zorla başımı bir qədər geriyə itələdi, telefonu ilə əvvəlcə sifətimin, sonra da bədənimi örtdüyü ev xalatını da götürərək, bədəninin şəklini çəkdi. Mənə “qızının canına and iç ki, mən sənin razılığınla evə gəlmişəm”, sözlərini deməyimi tələb etdi. Mən isə elə şeyin olmasının mümkün olmadığını söylədim. Sonra Elnur telefonu ilə məni çəkməyə başladı. Onun başıma şillə ilə vuraraq öz razılığım ilə cinsi əlaqədə olmağımı deməyə məcbur etdi. Qorxduğumdan və onun çıxıb getməsi üçün məcbur onunla razılığı ilə cinsi əlaqədə olmağımı dedim”.

“Qızımın görməməsi üçün paltarları yandırdım”

Ramilə Səlimova qeyd edib ki, sonra Elnurdan həmin şəkilləri və videonu niyə çəkməsini soruşub: “Elnur dedi ki, əgər baş verənlər barədə kiməsə danışsan və bu məsələni kimsədən eşitsəm, sənin və qızının başına oyun açacam, ağzını burnunu partladacağam, şəkillərini və videonu yayacam. O, bununla qızımı düşünməyi söyləyərək, mənə hədə-qorxu gəldi. Elnur təxminən saat 22 radələrində getdi. Elnurun cırdığı paltarları həyətə qoydum. Səhəri günü qızımın görməməsi üçün həmin paltarları həyətdə yandırdım”.

“Məni zorlaması barədə prokurorluğa şikayət etdim”

Ramilə Səlimovanın sözlərinə görə, noyabrın 11-də doğum günü olduğu üçün qızı Vəfa Bakıdan kəndə gəlib və onun çənəsində olan şişkinliyi görüb: “Qızım məndən nə baş verdiyini soruşdu. Qızıma həqiqəti deməyə həm utandım, həm də həqiqəti deyərsəm Elnurun qızıma pis bir şey edəcəyindən qorxdum. Yalandan yıxıldığımı dedim”.

Ramilə Səlimova qeyd edib ki, noyabrın 12-də isə qızı təkidlə nə baş verdiyini soruşub: “Qızıma Bakı şəhərinə getmək istədiyimi, rayonda yaşamaq istəmədiyimi bildirdim. Sonra isə qızımın təkidi ilə Elnurun məni zorlamasını ona danışdım. Bundan sonra qızımla birlikdə Masallı rayon prokurorluğuna getdik, Elnurun məni zorlaması barədə ərizə ilə müraciət etdim. Sonra da bu hadisəyə görə yaşadığım evdən çıxdim, Masallı şəhərində kirayə ev tutaraq, orada yaşadım”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elnur Kərimov apelyasiya şikayəti verib. O, əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çxıarılmasını istəyib.

Elnur Kərimovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Apelyasiya şikayəti təmin olunmayıb.

İlkin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR