Həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
Bizi izləyin

Kriminal

Həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.

"Report"un məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm