Fermada 45 yaşlı kişi meyiti tapıldı
Bizi izləyin

Kriminal

Fermada 45 yaşlı kişi meyiti tapıldı

Qaxda kişi meyiti tapılıb.

“Report”un məlumatına görə, meyit rayonun Alatəmir kəndi ərazisində yerləşən fermada aşkarlanıb.

Meyitin Qax rayon sakini 1974-cü il təvəllüdlü Şıxəmirov Məhərrəm Şəmsəddin oğluna aid olması məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm