Kriminal
Ev və maşın arzusunda olanları aldadıb 60 min manat aldı - FOTO
Azərbaycanda iş, təqaüd və sosial yardım düzəltmək adı ilə vətəndaşlara qarşı 60 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş Beyləqan rayonu, Əhmədli kənd sakini Rauf Süleymanov tutulub.
İstintaq zamanı R.Süleymanovun Beyləqan rayonu ilə yanaşı, Bakı, Gəncə və Ağcabədi şəhər və rayonlarında yaşayan ayrı-ayrı vətəndaşları işə düzəltmək, xəstəliklərə görə təqaüd və sosial yardım düzəltmək, həmçinin Qarabağ əlillərinə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə inandıraraq, onlara qarşı dələduzluq etdiyi, ümumilikdə 60 min manata yaxın məbləğində ziyan vurduğu müəyyən olunub.
R.Süleymanovun digər şəhər və rayonlarında analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Beyləqan Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02122) 5-20-15 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi