Bəxtiyar Hacıyevi hədələyən şəxs tutuldu
Bizi izləyin

Kriminal

Bəxtiyar Hacıyevi hədələyən şəxs tutuldu

Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb.

Publika.az Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən edilib ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub.

Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm