Ağstafada 77 yaşlı qadın qızına görə intihar etdi
Bizi izləyin

Kriminal

Ağstafada 77 yaşlı qadın qızına görə intihar etdi

Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.

Publika.az-ın məlumatına görə, hadisə Zəlimxan kəndində baş verib.

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. / Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm