Kriminal
Evdən qaçan 17 yaşlı qız geri qayıtdı - Qardaşı amansızlıqla öldürdü - FOTO
Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb.
Hadisə mayın 15-i, saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib.
2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı, 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rafiq qızını yatdığı yerdə iplə boğaraq öldürüb.
Məlumata görə, K.Məmmədrzayeva mayın 9-da evdən çıxaraq Bakıya gedib. Anası mayın 11-də qızının itkin düşməsi barədə polisə məlumat verib. Qız mayın 12-də evlərinə qayıdıb. Lakin bu vaxt anası “darıxıb, Sumqayıta xalasıgilə gedibmiş” deyərək, rəsmilərə şikayəti olmadığını bildirib.
Qızın atasının ruhi xəstə olduğu bildirilir, qızının meyitini də ilk o tapıb. Daha sonra kənd camaatı hadisə yerinə yığılıb. Qız yatağında uzanılı vəziyyətdə, üstü də yorğanla örtülü olub. İlk olaraq qızın özünü asdığı deyilib. Daha sonra məlum olub ki, qardaşı Rafiq artıq polis şöbəsinə gedərək təslim olub və bacısını iplə boğaraq öldürdüyünü etiraf edib.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR